"III Şuşa Qlobal Media Forumu yenə də gündəmə öz damğasını vurdu. Bu Forum da Azərbaycanın səsi oldu".
Bunu Hafta.az-a açıqlamasında Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət bildirib.

A.Həsrət qeyd edib ki, dünyanın aparıcı ölkələrinin mediası Azərbaycandan, onun Prezidentinin Forumda suallara verdiyi cavablardan danışır.
"Bu Forum Azərbaycanın bir dövlət olaraq, xüsusilə də Ukrayna-Rusiya müharibəsinə, İranla bağlı məsələlərə, Ermənistanla münasibətlərə və ümumiyyətlə bölgəmizdə cərəyan edən proseslərə mövqeyini açıq və aydın şəkildə ifadə etməklə diqqət çəkir. Eyni zamanda, Prezident verdiyi cavablarda Azərbaycan mətbuatı ilə bağlı çox önəmli nöqtələrə toxundu. Bunlardan biri də Azərbaycan mətbuatının artıq dünyanın hər tərəfində səsimiz olmasına işarə etməsidir. Prezident eyni zamanda onu da qeyd etdi ki, Azərbaycan mediası sadəcə olaraq müdafiə mövqeyində deyil, həm də hücum mövqeyindədir. Onun bu yerə gəlib çatması da təsadüfi deyil. Bu gün mediamız, jurnalistikamız xarici mediadan asılı deyil. Səsimizi, sözümüzü dünyanın hər tərəfinə çatdıra bilirik. Bu baxımdan III Qlobal Şuşa Forumu təqdirəlayiqdir, Azərbaycanın uğurlarına əlavə bir uğudur və bunun memarı Azərbaycanın Prezidentidir”.